Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2025 19:16
Ana 4 yaşlı oğlunu öldürüb zibilliyə atdıYozgatın Boğazlıyan rayonunda M.S. adlı qadın Polis Şöbəsinə gedərək 6 ay əvvəl 4 yaşlı oğlu E.Ç-ni öldürərək zibilliyə atdığını etiraf edib.
Sonxeber.net xəbər verir ki, ana etirafından sonra həbs olunub. Polis uşağın meyitini tapmaq üçün axtarış əməliyyatına başlayıb, lakin axtarışlar heç bir nəticə verməyib. Yozgat Respublika Prokurorluğu məsələ ilə bağlı istintaqı dərinləşdirib.
Araşdırma zamanı M.S-nin ikinci evliliyi davam edərkən övladını münasibətdə olduğu başqa şəxsdən dünyaya gətirdiyi müəyyən edilib.
Uşağın atası ifadə üçün axtarılır.
Faktla bağlı istintaq davam edir. /Sonxeber.az