Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

Tarix: 7 Dekabr 2019 17:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Aşqabaddakı Zirvə Görüşündə Njdeni müdafiə etdikdən sonra daha böyük səhv buraxaraq onu SSRİ-nin Xarici İşlər naziri olmuş Molotovla eyniləşdirdi. Paşinyan bununla zünün qeyri-adekvatlığını bir daha nümayiş etdirdi.

Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Paşinyanın Njdeni gözlənilən müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün Hitlerlə görüşmüş Molotovla eyniləşdirməsi, onu əsassız şəkildə dəstəkləməsi açıq-aydın şəkildə onu göstərdi ki, Paşinyan faşizmin təbliğatçısı rolunda çıxış edir və bunu gizlətmək niyyətində də deyil:

“Njde faşist Almaniyası tərəfindən SSRİ-yə qarşı vuruşub və minlərlə dinc insanın qətlə yetirilməsinə səbəb olub. Njde İkinci Dünya Müharibəsi zamanı Ukrayna və Polşada dinc insanların kütləvi qətlində fəal iştirakına görə SS rəhbərləri tərəfindən “nümunə” də göstərilib. Ancaq Paşinyan bunu bilə-bilə tarixi saxtalaşdırmağa, Njdeni qəhrəmanlıq nümunəsi kimi təqdim etməyə çalışır və ona bəraət qazandırır".

Politoloq qeyd edib ki, Njdeni qəhrəmanlıq nümunəsi kimi təqdim edilməsi Paşinyanın rəhbərlik etdiyi hökumətin apardığı siyasətin ana xəttini bir daha büruzə verir.

E.Mirbəşiroğlunun fikrincə, Paşinyanın Njdeyə bəraət qazandırmaq cəhdi bir daha sübut edir ki, Ermənistanın hazırkı rəhbəri bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir:

“Paşinyanı bu hərəkətlərinə görə artıq siyasi həyasızlıq etalonu adlandırmaq olar. Bu, bir daha sübut edir ki, o, özü və Ermənistan üçün “saatlı bomba” olmaq missiyasını uğurla yerinə yetirir. Prezident İlham Əliyevin noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı səsləndirdiyi kimi, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir təbliğ edir Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ