Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda balıqçı gəmisi qəzaya uğrayıb

Gürcüstanda balıqçı gəmisi qəzaya uğrayıb

Tarix: 7 Dekabr 2019 22:48

Bakı. Trend:

Gürcüstanın Poti limanı yaxınlığında (Samegrelo - Zemo Svaneti diyarı) Qara dənizdə 30 ton balığın yükləndiyi gürcü balıqçı gəmisi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "Rustavi2" teleşirkəti bildirib.

Gəminin kapitanı bildirib ki, onlar böyük bir ağac parçası ilə toqquşublar:

"Ağac parçası gəmini zədələdi və nəticədə gəminin göyərtəsində su toplanmağa başladı. Göyərtəmizdə 30 tona yaxın balıq var idi".

Məlumata əsasən, toqquşma nəticəsində gəmi batıb. Gəmidə səkkiz heyət üzvü olub. Onlar hamısı başqa bir balıqçı gəmisi tərəfindən xilas edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gürcüstanda balıqçı gəmisi qəzaya uğrayıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ