Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngdən qorunmaq bu bitkini YEYİN

Xərçəngdən qorunmaq bu bitkini YEYİN

Tarix: 30 Yanvar 2025 04:06

Rukkola (argula) müntəzəm olaraq istehlak edilərsə, immuniteti, ürək-damar sistemini gücləndirməyə və toksinləri çıxarmağa kömək edir.

Sonxeber.net xəbər verir ki, bunu rusiyalı endokrinoloq Kristina Prişvina yerli KİV-ə açıqlamasında deyib.

Həkimin sözlərinə görə, bu bitkinin tərkibində olan maddələr xərçəngdən də qorunmağa kömək edir.

Endokrinoloq arugulanın faydalarını immunitet sistemi üçün vacib olan, sümüklərin vəziyyətinə faydalı təsir göstərən və qanın laxtalanmasını tənzimləyən C vitamininin yüksək olması ilə izah edib. Bundan əlavə, arugula tərkibində A vitamini var ki, bu da insanın immunitetini dəstəkləyir və görmə qabiliyyətinə faydalıdır.

Arugula vitaminlərlə yanaşı, kalium, kalsium və maqnezium kimi minerallarla da zəngindir. Bu bitki həm də antioksidan xüsusiyyətlərə malikdir, bu da onu sərbəst radikalları zərərsizləşdirməkdə təsirli edir. Arugula xroniki iltihabla mübarizədə təsirli olan qlükozinolatlardan ibarətdir.

Endokrinoloq xatırladıb ki, bir çox elmi araşdırmalara görə, qlükozinolatlar müəyyən xərçəng növlərindən qoruyur və orqanizmdə xərçəng əleyhinə fermentləri aktivləşdirir.

Bu yaşıllıq ürək-damar sistemi üçün də faydalıdır, qan təzyiqini və pis xolesterinin səviyyəsini normallaşdırır. / baku.ws


Etiketlər:  Xərçəngdən qorunmaq bitkini YEYİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ