Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin ABŞ-dən şikayət edəcək

Çin ABŞ-dən şikayət edəcək

Tarix: 2 Fevral 2025 16:06

Rəsmi Pekin ABŞ-nin Çin məhsullarına rüsum tətbiq etməsi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edərək öz hüquq və maraqlarını müdafiə etmək fikrindədir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Qurum, həmçinin ümid etdiyini bildirib ki, Birləşmiş Ştatlar "başqa ölkələri rüsumlarla hədələmək əvəzinə, öz daxili problemlərini obyektiv və rasional şəkildə nəzərdən keçirib həll edəcək".

Nazirlik Vaşinqtonu "qeyri-qanuni hərəkətlərini düzəltməyə, Çinlə bərabərhüquqlu, açıq şəkildə əməkdaşlığı davam etdirməyə" çağırıb.


Etiketlər:  Çin ABŞ dən şikayət edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ