Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2025 06:08
İtaliyanın altı şəhəri yemək həvəskarları üçün dünyanın ən yaxşı on şəhəri sırasına daxil olub.
Sonxeber.net bildirir ki, pizzanın vətəni sayılan İtaliyanın Neapol şəhəri isə qurman turistlər üçün dünyanın ən yaxşı şəhəri kimi tanınıb.
"TasteAtlas" reytinqində Neapol bir il əvvəl 4.84 xalla birinci yerin sahibi olub.
Dünyanın yeni yaradılan kulinariya paytaxtında turistlərə xüsusilə Neopolitan pizzası, pizza Marqaritta, qızardılmış pizza Fritta, şirin xəmir Sfogliatella, Genuya soğanı və ət sousu, Neapolitan deserti və s. tövsiyə olunur.
Eyni zamanda, reytinqdə ikinci və üçüncü yerləri də İtaliyanın Milan və Bolonya şəhərləri tutub. /Lent.az