Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub

Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub

Tarix: 8 Dekabr 2019 16:56

Bakı. Trend:

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Trend-in məlumatına görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Elşən Məmmədov yaşı 15-ə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 106 kq nəticə ilə bu hərəkətdə gümüş medal qazandı.

Təkanla qaldırma hərəkətində 129 kq nəticə göstərən idmançımız bu hərəkətdə bürünc medala sahib çıxıb.

Toplam 235 kq (106+129) nəticə (toplamda yeni Avropa rekordu) ilə Elşən Məmmədov Avropa birinciliyinin qalibi adına layiq görülüb.

Bu, onun ikinci belə nəticəsidir. Belə ki, Məmmədov ötən il İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində də qızıl medal əldə etmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ