Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2025 17:00
"Qarabağ" Julio Romao ilə yollarını ayırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən "köhlən atlar"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.