Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2025 19:02
"Kanal S"də yayımlanan "Sözün bitdiyi an" verilişinin ötəngünkü buraxılışında qəribə hadisə yaşanıb.
Sonxeber.net xəbər verir ki, kömək üçün verilişə müraciət edən 90 yaşlı Səfaqət Abdullayev oğlunun onu evindən çıxardığını küçədə qaldığını bildirib.
Bundan sonra aparıcı Nigar Fərhad, Səfaqətin oğlu Fəxri ilə əlaqə saxlayıb. Fəxri atasını evdən çıxarmadığını, onun Mərdəkanda və Göyçayda evi olduğunu vurğulayıb.
Fəxri onu da bildirib ki, atası bir müddət əvvəl evlənmək üçün yerli televiziya kanallarından birinə çıxıb.
Ətraflı videoda: