Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2025 20:38
Braziliya millisinin və İspaniyanın "Real" klubunun sabiq futbolçusu Marselo karyerasını başa vurub.
Sonxeber.net xəbər verir ki, cinah müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, 36 yaşında futbolla vidalaşıb.
Qeyd edək ki, 2007-2022-ci illər aralığında Madrid təmsilçisinin formasını geyinmiş Marselo 6 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 5 dəfə Superkubokun, 5 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub./"report"