Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 02:08
Bakı. Trend:
Keniyada altı mərtəbəli binanın çökməsindən iki gün sonra xilasetmə qrupları iki nəfəri dağıntılar altından çıxara bilib.
Trend-in məlumatına görə, hadisə dekarın 7-də səhər yerli vaxtla 9:00 ətrafında, Nayrobinin Embakasi bölgəsində olub. Çökmə binadakı konstruksiya qüsurları səbəbindən baş verib.
Hadisə yerində xilasetmə işləri davam edir. Ümumilikdə əməliyyat başlayandan bəri 35 nəfər xilas edilib.
Ölənlərin sayı 7-ə çatdığı bilidirilir. Yerli Qırmızı Xaç Komitəsinə məlumatına görə, 11 nəfər itkin düşmüş hesab olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin