Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirdə AĞLADI: ''Qızım atasını görmür'' - VİDEO

Efirdə AĞLADI: ''Qızım atasını görmür'' - VİDEO

Tarix: 7 Fevral 2025 18:45

"Həyatda bütün sınaqlardan keçdim, keçməyə də davam edəcəyəm. Hər şeyə razı olursan, qəbul edirsən. Amma qarşılığında sənə bir cümlə işlədilir: nə etmisən ki? Düşünürdüm ki, bir gün bu sözü eşitsəm qışqıracağam, bağıracağam. Amma dedim, yaxşı, bundan sonra edərəm. Həyatda görə-görə yaşayırıq, eşidə-eşidə düşünürük, addım ata-ata öyrənirik. Ona görə də heç nəyə təəccüblənmirəm, sakit qarşılayıram".

Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Rəngarəng" verilişində deyib. Sənətçi başına gələnlərdən danışıb. Ayan haqqında deyilən tənqidlərə reaksiya verib:

"Mən heç nə etmədim, sadəcə sevdim. Sevmək nə vaxtdan səhv addım olub? Amma bir sevginin bəhrəsi varsa, ona toxunmayın. İnsanlar hər şeyə həssas yanaşsın. Heç kim heç kimi zorla nəyəsə məcbur edə bilməz. Bunu mən yaşamışam, mən cavab verəcəyəm. Həmin sevgimin bəhrəsini də mən böyüdürəm. Heç bir tərəf övladıma qarşı neqativ deyil. Qızım, sevgi içində böyüyür. Atasının sevgisini qızıma hiss etdirirəm. Atasını da çox istəyir, onu elə böyütmüşəm. Qızım atasını görmür. Amma deyir, atam filankəsdir və onun qızıyam. 

Övlad böyüdürəm. Kənarda çoxları səhv addım atır. Deyirlər, bədbəxtlik üstündə xoşbəxtlik qurub. Sən hardan bilirsən kim xoşbəxt, kim bədbəxt idi? Mən yaşamaşım həmin gözəl günləri. Heç nədən peşman deyiləm. Arxasındayam, imzamı da atıram. Yaşamışam, yaşayıram, bundan sonra da yaşayacağam. Mənim övladım var". /Axşam.az


Etiketlər:  Efirdə AĞLADI Qızım atasını görmür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ