Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” “Arsenal”ın ulduzunu istəyir - FOTO

“Real” “Arsenal”ın ulduzunu istəyir - FOTO

Tarix: 8 Fevral 2025 11:18

"Real Madrid" müdafiə xəttini gücləndirmək üçün futbolçu axtarışındadır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Madrid təmsilçisi "Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba ilə maraqlanır.

London klubu Fransa millisinin müdafiəçisini satmaq fikrində deyil. İngilislər 23 yaşlı müdafiəçi üçün "Real"ı müqavilədən çəkindirəcək bir məbləğ istəməyə hazırlaşır.

Bununla belə, keçid baş tutsa, Saliba tarixin ən bahalı müdafiəçisi olacaq.

Qeyd edək ki, Saliba bu mövsüm klubda 33 matçda 2 qol vurub. "Transfermarkt" portalına görə, onun transfer qiyməti 80 milyon avrodur.


Etiketlər:  Real Arsenalın ulduzunu istəyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ