Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Aston Villa'' türkiyəli futbolçu transfer etdi - FOTO

''Aston Villa'' türkiyəli futbolçu transfer etdi - FOTO

Tarix: 10 Fevral 2025 20:46

İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villa" türkiyəli futbolçu Yasin Özcanı heyətinə qatıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər hazırda çıxış etdiyi "Kasımpaşa" (Türkiyə) komandasının formasını geyinməyə davam edəcək. O, yeni kollektivə 2025/2026 mövsümündən qatılacaq.

Qeyd edək ki, Y.Özcan Türkiyənin 21 yaşadək futbolçulardan ibarət millisinin üzvüdür. "Report"


Etiketlər:  Aston Villa türkiyəli futbolçu transfer etdi FOTO


RƏYLƏR