Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 14:20
İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Toni Bedo 45 yaşında vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə onun keçmiş klubu, 11 il formasını geyindiyi "Torki Yunayted"in mətbuat xidməti məlumat yayıb.
T.Bedonun Londondakı evində, səhhətində yaranan problemlər səbəbindən öldüyü bildirilib.
Qeyd edək ki, keçmiş forvard "Çelsi"nin aşağı yaş qruplarında oynasa da, əsas komandaya qədər yüksələ bilməyib. T.Bedo 1995-ci ildə "Torki Yunayted"ə keçib və fasilələrlə bu komandanın formasını 11 il geyinib. O, bu müddət ərzində "Torki Yunayted"in heyətində meydana çıxdığı 374 oyunda 65 qol vurub. /Sfera.az