Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 15:00
"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Osimhen mövsümün sonunda "sarı-qırmızılı" komandadan ayrılacaq.
Sonxeber.net Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Qalatasaray"ın 65 milyon avroluq təklifini rədd edən "Napoli" Osimhen üçün əzəli rəqibi "Yuventus"la ilə danışıqlar aparır.
Əgər bu keçid baş tutarsa, Osimhenin "Napoli" azarkeşləri tərəfindən "Nankorlar" siyahısına salına bilər.
Həmçinin qeyd olunub ki, Osimhenin "Qalatasaray"dakı çıxışı Avropa nəhənglərini hərəkətə keçirməyə sövq edib. PSJ və "Mançester Yunayted" mövsümün sonunda "Napoli"yə rəsmi təklif göndərəcək və nigeriyalı ulduzu heyətinə qatmaq istəyəcəklər. /baku.ws