Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2025 21:20
KHL müntəzəm çempionatının "Baris" - SKA oyununda (2:5) ev sahibi komandanın azarkeşlərindən biri xoşagəlməz vəziyyətlə üzləşib.
Sonxeber.net xəbər verir ki, fevralın 13-də Astanada sevgililər günü ərəfəsində baş tutan görüşün fasiləsi zamanı fanat bütün arenanın qarşısında sevgilisinə evlilik təklifi etsə də, gözlənilmədən rədd cavabı alıb.
Əsəbləşən oğlanı Qazaxıstan klubunun talismanı təsəlli edib. Bundan sonra o, tribunaları tərk edib. (Publika.az)