Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov litvalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov litvalı həmkarı ilə görüşdü

Tarix: 15 Fevral 2025 19:39

15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Litva Respublikasının xarici işlər naziri Kestutis Budris ilə görüşüb.

Bu barədə Sonxeber.net-a XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiketlər:  Ceyhun Bayramov litvalı həmkarı ilə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ