Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2025 19:36
"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, fransalı hücumçu Rumıniyada çıxış edəcək.
O, "Politexnika Yaşi"yə keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-2024-cü illərdə "Qarabağ"da oynayıb və 33 matçda 7 qol vurub. O, Ağdam təmsilçisini tərk edəndən sonra "Bandırmaspor"a (Türkiyə) keçsə də, orada möhkəmlənə bilməmişdi.