Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar uzun müddətdən sonra qol vurdu

Neymar uzun müddətdən sonra qol vurdu

Tarix: 17 Fevral 2025 23:52

Braziliyalı hücumçu Neymar "Santos"a qayıtdıqdan sonra ilk qolunu vurub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun komandası "Aqua Santa" ilə qarşılaşıb. Neymar isə sözügedən matçın 14-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı açıb.

Görüş "Santos"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, daha sonra "Barselona", PSJ və "Əl-Hilal"da oynayıb. Futbolçu bu qış "Santos"a qayıdıb.


Etiketlər:  Neymar uzun müddətdən sonra vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ