Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mayk Tayson xəstəliyə tutuldu

Mayk Tayson xəstəliyə tutuldu

Tarix: 18 Fevral 2025 14:22

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson parkinson xəstəliyinə tutulub.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış yutuber Ceyk Pol məlumat verib.

Bloqer 59 yaşlı "Dəmir Mayk" ləqəbli boksçunun yaddaş itkisindən əziyyət çəkdiyini, ötən il noyabrın 16-da keçirdikləri döyüşdən öncə dərman qəbul etdiyini və uzun müddətdir müalicə aldığını iddia edib.

M.Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.

Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub.


Etiketlər:  Mayk Tayson xəstəliyə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ