Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2025 14:54
ABŞ-da "Los-Anceles"in futbolçusu Olivye Jirunun evi qarət edilib.
Sonxeber.net lent.az-a istinadla xəbər verir ki, oğurluq hadisəsi fevralın 5-də baş verib.
Futbolçunun həyat yoldaşı evə yad şəxslərin gidiyini və pəncərənin sındırıldığını deyib. Onun sözlərinə görə, bir neçə qiymətli əşya, o cümlədən ondan çox kişi saatı oğurlanıb. Ümumi ziyan 500 min dollara yaxın olub.
Los Anceles Polis Departamenti hadisənin hələ də araşdırıldığını bildirib.
Qeyd edək ki, Jiru 2024-cü ildə "Milan"dan Amerika klubuna keçib. O, üç il İtaliya klubunda çıxış edib. Futbolçu həmçinin "Çelsi", "Arsenal", "Tours", "Montpellier", "Istres" və "Qrenoble" klublarında çıxış edib. Fransa millisinin üzvü kimi iki Avropa çempionatında (2012 və 2020) və 2014 Dünya Kubokunda iştirak edib. 2022-ci ildə keçirilən Dünya Çempionatının və Avropa Çempionatının 2016-cı ildə gümüş, 2024-cü ildə isə bürünc mükafatçısıdır.