Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2025 17:05
Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən gün infarkt keçirib.
Sonxeber.net xəbər verir ki, Türkiyə mediasının verdiyi xəbərə görə, hazırda evində istirahət edən sənətçi sosial şəbəkə hesabında səhhəti ilə bağlı açıqlama yayıb.
"Narahat olub zəng edən, halımı soruşan bütün dostlarıma və sevənlərimə təşəkkür edirəm. Çəkiliş meydançasında gözlənilməz bir narahatlıq yaşadım. Həkimimin müdaxiləsi və əziz həyat yoldaşımın qayğısı sayəsində hər şey geridə qaldı. Hazırda özümü çox yaxşı hiss edirəm," - deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, aktyor "Kızıl Goncalar" serialının çəkiliş meydançasında huşunu itirib. Hadisənin səbəbi kimi onun anası ilə yaşadığı problemlər göstərilir.