Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur ingiltərəli hakim HƏBS EDİLDİ

Məşhur ingiltərəli hakim HƏBS EDİLDİ

Tarix: 18 Fevral 2025 20:08

İngiltərəli futbol hakimi Qaret Vikkars yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsızlıq ittihamı ilə həbs edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə 2021-ci il noyabrın 15-də Londonda baş verib.

46 yaşlı referinin işi üzrə ilk məhkəmə dinləməsi fevralın yeddisində keçirilib və hakim həbs olunub. Növbəti dinləmə martın yeddisində baş tutacaq.

Qeyd edək ki, Q.Vikkars cari mövsümdə İngiltərə çempionatının oyunlarında iştirak etməyib. O, sonuncu dəfə 2024-cü il fevralın üçündə İngiltərənin üçüncü divizionunda "Çarlton" və "Derbi Kaunti" arasında keçirilən matçda fit çalıb. Araşdırma müddətində o, futbol oyunlarında idarəçilikdən kənarlaşdırılıb.


Etiketlər:  Məşhur ingiltərəli hakim HƏBS EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ