Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arda Güler ''Real''dan GEDİR

Arda Güler ''Real''dan GEDİR

Tarix: 18 Fevral 2025 20:24

"Real"ın türkiyəli futbolçusu Arda Gülerlə bağlı yeni iddia ortaya çıxıb.

Sonxeber.net xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda məlumat yayıb.

"Real"ın baş məşqçisi Karlo Ançelottinin 19 yaşlı yarımmüdafiəçiyə kifayət qədər oyun şansı verməməsi, futbolçunun çox vaxt ehtiyat oyunçular arasında qalması mətbuatda müzakirələrə səbəb olub. 

Bildirilir ki, A.Güler bu səbəbdən komandadan ayrılmaq qərarına gəlib. Türkiyə millisinin üzvü Ançelottinin baş məşqçiliyi altında olmaq istəmir. İtaliyalı mütəxəssis "kral klubu"nda qalarsa, Arda "Real"dan ayrılacaq. 

Qeyd edək ki, A.Güler 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, bu müddət ərzində 40 matçda 9 qol vurub və 5 qolun ötürməsini verib.  "Unikal"


Etiketlər:  Arda Güler Realdan GEDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ