Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: ''Gözümün qabağında əriyirdi''

Xalq artisti: ''Gözümün qabağında əriyirdi''

Tarix: 26 Fevral 2025 15:35

"Görünməyən tərəflər çoxdur. Hər bir ailədə söz-söhbət olur. Nə yaxşı ki, nə həyat yoldaşım mənə, nə də mən ona qarşı küskün qala bilirik. Bir gün küsülü qalsam, ürəyim partlayar. Qadın həyat yoldaşından küsürsə, dünyadan küsür. Kimdən küsürsən dünya vecinə olmaz. Ona görə də mən küsülü qala bilmirəm, özümə ziyan edirəm. Barışan tərəf hər zaman mən oluram".

Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "Həftənin qonağı" verilişində deyib. Müğənni həyat yoldaşı Ziyanın xəstəliyindən danışıb:

"Bir dəfə həmin həyəcanı, stresi yaşamışam. Yoldaşım xəstə olanda itki, ayrılıq qorxusu yaşadım. Allah heç kimi o xəstəliklə sınağa çəkməsin. Böyük problem var idi. Gözəl həkimlərin sayəsində onu həyata qaytardım: burada maddiyat və mənəvi dəstək var idi. Üstünə getdim ki, yaşamalısan. Uşaqlara tək baxa, başsız qala bilmərəm. Gözümün qabağında əriyirdi. Deyirdim, sevdiyim insan necə gözümün qabağında şam kimi əriyər. O qədər qorxu keçirtdim ki, o, əməliyyat otağından çıxardıldı, evə buraxılanda məni əməliyyat edib onun otağına saldılar".

Qeyd edək ki, Gülyanaq və Ziya cütlüyünün 4 övladı var.  /Axşam.az


Etiketlər:  Xalq artisti Gözümün qabağında əriyirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ