Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 14:52
Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il ərzində böyük beynəlxalq idman yarışlarından kənarlaşdırıb.
Qol.az xəbər verir ki, qərara əsasən Rusiya Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz.
Bu qərar dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə də şamil olunub.
Rusiyalı idmançılar Yay Olimpiya Oyunları və dünya çempionatına ancaq neytral statusda – bayraqsız və himnsiz çıxa bilər.