Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2025 15:42
Əlindəki ziyili götürmək üçün xəstənaya müraciət edən və orada vəfat edən 23 yaşlı Türkanın nişan görüntüsü sosial şəbəkələrdə yayılıb.
Sonxeber.net xəbər verir ki, sözügedən video izləyənləri kövrəldib.
Qeyd edək ki, hadisə Gəncədə yerləşən özəl klinikalardan birində qeydə alınıb. Fevralın 10-u tibb müəssisəsinə müraciət edən Türkan Balakişizadənin əməliyyatdan öncə halı pisləşib. Xəstə reanimasiya otağına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Balakişizadənin həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada vəfat etmişdi.
Bildirək ki, o, Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.