Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2025 19:42
Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.
Sonxeber.net xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.
"Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun "Avtovağzal" stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur. Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur".
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirilib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.