Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2025 14:55
Tanınmış türkiyəli aparıcı Nursel Ergin xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün bir müddət efirdən uzaqlaşmışdı.
Sonxeber.net türk mediasına istinadla xəbər verir ki, 8 ay əvvəl xəstəliyə görə işini tərk edib müalicə almış Ergin uzun mübarizədən sonra xəstəliyə qalib gələrək ekranlara geri dönüb.
Aparıcı "Kanal D"də təqdim etdiyi məşhur "Gelinim Mutfakta" proqramına yenidən başlayıb.
Xatırladaq ki, Nursel Ergin 2007-ci ildə qatıldığı "Var mısın, yok musun" proqramı ilə məşhurlaşmışdı.