Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 00:12
Ramazan ayının ilk gününü yaşayırıq.
Bəs bu ayda qidalanma necə olmalıdır ?
Həkim-dietoloq Leyla Zülfüqarova "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, imsak və iftar vaxtı ayrı cür qidalar lazımdır.
Xüsusən də şəkərli diabet, ürək-damar, mədə-bağırsaq problemləri olanlar oruc tutanda diqqətli olamlıdırlar. Bundan başqa kəskin qidalardan uzaq durmaq lazımdır. Çünki hətta mədə-bağırsaq problemi olmayan insanlarda da müəyyən qıcıqlanmalar baş verə bilər.
Birdən-birə boş olan mədə-bağırsaq sistemini yükləmək tövsiyyə olunmur.
Mütəxəssis tövsiyə edir ki, imsakda da xurmadan istifadə olunsun. Çünki günlük şəkərə olan ehtiyacımızı xurmadan alırıq.
İftar ilə imsak arasında isə bol miqdarda su içilməsi tövsiyə olunur. Tünd qara çay və kofein tərkibli içkilərin içilməsi isə məsləhət görülmür.
Daha ətraflı videomaterialı təqdim edirik.