Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 19:26
Türkiyə Superliqasında XXVI tur çərçivəsində daha bir qarşılaşma baş tutub.
Sonxeber.net xəbər verir ki, turnir cədvəlinə başçılıq edən "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş 3:3 hesablı bərabərliklə başa çatıb.
Hazırda "aslanlar" 65 xalla liderliklərini qoruyurlar. Komandanın ən yaxın təqibçisi "Fənərbağça" isə bu gün doğma meydanda "Antalyaspor"u qəbul edəcək. Qarşılaşma saat 21:30-da start götürəcək.
Kadıköy təmsilçisi 58 xalla 2-ci pillədədir.