Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 21:16
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun rəhbərliyi komandanın kapitanı Kriştiano Ronaldunu İrana buraxmayıb.
Sonxeber.net xəbər verir ki, Asiya Çempionlar Liqasının 1/8 finalında "İstiqlal"a qarşı keçiriləcək oyuna yollanan heyətə portuqaliyalı futbolçunun adı salınmayıb.
Buna səbəb İran tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı tam zəmanət almağın mümkünsüzlüyü olub. "Əl-Nəsr" rəsmiləri hətta matçın neytral meydanda keçirilməsini təklif etsələr də, rədd cavabı alıblar.
Görüş sabah Tehranda baş tutacaq.
Qeyd edək ki, Ronaldu cari mövsüm "Əl-Nəsr"in heyətində 22 qarşılaşmada 17 qol vurub. Ulduz futbolçu Asiya Çempionlar Liqasında 8 dəfə fərqlənib. (Offsideplus.az)