Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2025 19:38
Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.
Sonxeber.net xəbər verir ki, açılış oyununda "Səbail" doğma meydanda "Şamaxı"nı qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanu vurublar.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. "Səbail" isə 18 xalla sonuncu - 10-cu sırada qalıb.