Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Artıq uşağa oxşamıram...” - Yamal

“Artıq uşağa oxşamıram...” - Yamal

Tarix: 4 Mart 2025 23:02

"Barselona"nın vingeri Lamin Yamal şöhrət qazanmasından danışıb.

Sonxeber.net xəbər verir ki, o bu barədə UEFA-nın rəsmi saytına müsahibəsində bəhs edib.

"Əvvəllər uşaq kimi idim, amma AVRO-2024-ü qazandıqdan sonra hər şey dəyişdi. Artıq uşağa oxşamıram, daha da inamlı oldum. Əvvəllər normal səyahət edə bilirdim, amma indi hava limanında olmaq mənim üçün çox çətindir, çünki hamı məni tanıyır. Bu, fəxr olunası bir şeydir, lakin çətindir, çünki belə populyarlıq normal həyata mane olur", - Yamal deyib.

Xatırladaq ki, futbolçu İspaniya yığması ilə AVRO-2024-ün qalibi olub və eyni zamanda turnirin ən yaxşı gənc oyunçusu seçilib./"Qafqazinfo"


Etiketlər:  Artıq uşağa oxşamıram Yamal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ