Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şakiranın hədiyyə etdiyi lüks maşın yeni sahibini XƏRCƏ SALDI - FOTO

Şakiranın hədiyyə etdiyi lüks maşın yeni sahibini XƏRCƏ SALDI - FOTO

Tarix: 6 Mart 2025 05:05

Şakiranın "Slotera" klipində yer aldığı və pərəstişkarına hədiyyə etdiyi lüks avtomobil yeni sahibi tərəfindən satışa çıxarılacaq.

Sonxeber.net xəbər verir ki, Şakira avtomobili internet saytında qeydiyyatdan keçən 18 yaşdan yuxarı ABŞ vətəndaşları arasında keçirilən lotereya vasitəsilə fanatı Mejiaya hədiyyə edib. Şakira Mejiaya avtomobilin vergiləri, transferi, texniki xidməti və sığortası üçün 90 min dollar verib.

Lakin Mejia deyib ki, təkcə ilk altı ayda 95.000 dollar xərcləyib və hər ay 2.500 dollar sığorta haqqı ödəməyə davam etməlidir. O, lüks avtomobilə sahib olmağın düşündüyündən qat-qat baha olduğunu bildirib. Mejia avtomobildən istifadə etmək istədiyini, ancaq yüksək texniki xidmət xərclərinə görə onu satmağı düşündüyünü qeyd edib.

Bu, onun üçün böyük fürsətə çevrilə bilər. Şakiranın videosunda əks olunan bu xüsusi avtomobili kolleksiyaçılar yüksək qiymətə ala bilərlər. Beləliklə, Mejia ona böyük maliyyə yükü gətirən bu hədiyyədən yaxşı qazanc götürə bilər. /Publika.az


Etiketlər:  Şakiranın hədiyyə etdiyi lüks maşın yeni sahibini XƏRCƏ SALDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ