Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2025 12:51
Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.
Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.
İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.