Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jurnalistə görə Mourinyo özünü yatmışlığa vurdu

Jurnalistə görə Mourinyo özünü yatmışlığa vurdu

Tarix: 7 Mart 2025 08:48

Xəbər verdiyimiz kimi, "Fənərbaxça" UEFA Avropa Liqasının 1/8 final mərhələsində öz meydanında "Reyncers"ə 3:1 hesabı ilə məğlub olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyonun matçdan sonra mətbuat konfransında maraqlı anlar yaşanıb.

Belə ki, portuqaliyalı mütəxəssis jurnalistlərdən birinin ünvanladığı sualın həddən artıq uzun olmasına maraqlı reaksiya verib. Sual əsnasında mimika və jestlərlə jurnalistə narazı olduğunu göstərən Mourinyo, yuxusu gəldiyini göstərməyə çalışıb.

Mütəxəssisin bu hərəkəti sosial şəbəkələrdə gündəm olub.


Etiketlər:  Jurnalistə görə Mourinyo özünü yatmışlığa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ