Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Tarix: 10 Mart 2025 21:36

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Şimali Makedoniya Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.


Etiketlər:  Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ