Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüseyn Dəryanın oğlundan atası ilə bağlı təsirli paylaşım - FOTO

Hüseyn Dəryanın oğlundan atası ilə bağlı təsirli paylaşım - FOTO

Tarix: 15 Mart 2025 12:45

Bu gün mərhum reper Hüseyn Dəryanın vəfatından 11 il ötür. 

Sonxeber.net xəbər verir ki, reperin övladı Cahangir onun vəfatı ilə bağlı təsirli paylaşım edib. O sosial şəbəkədə atası ilə illər əvvəl sağlığında çəkilən arxiv fotosunu paylaşıb. "Yerin cənnət olsun" sözlərini yazıb. 

Xatırladaq ki, karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb. 

O 2014-cü il martın 14-də avtomobil qəzasına düşərək xəstəxanaya yerləşdilib. Lakin martın 15-də səhər saatlarında o vəfat edib. Hüseynlə vida mərasimi Yasamalda onun  bacısının evində keçirilib.

Reper Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Məlumat üçün bildirək ki, Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda xanımdan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, 2-ci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var. (BAKU.WS )


Etiketlər:  Hüseyn Dəryanın oğlundan atası ilə bağlı təsirli paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ