Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2025 21:20
Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçını idarə edəcək hakim barədə qərar verilib.
Sonxeber.net xəbər verir ki, 25-ci turda baş tutmuş "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra "Beşiktaş" rəhbərliyi də xarici hakim tələb etmişdi. Türkiyə Futbol Federasiyası məsələ ilə bağlı yekun qərar verib.
TFF İdarə Heyətinin qərarı və prezident İbrahim Hacıosmanoğlunun təsdiqi ilə görüş əcnəbi referilərə həvalə olunacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma 29 mart Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək. (Offsideplus.az)