Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2025 18:42
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
Sonxeber.net xəbər verir ki, son gündə öncə autsayder "Səbail" doğma meydanda "Neftçi" ilə üz-üzə gəlib.
Üçqolluq oyunda qonaqlar qələbə qazanıblar.
Turun qapanış matçında isə "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək.
Daha öncə keçirilmiş "Kəpəz" - "Qarabağ" matçında (0:0) qapılara qol vurulmayıb, "Araz-Naxçıvan" - "Şamaxı" və "Sabah" - "Zirə" oyunları isə oxşar hesabla (1:1) yekunlaşıb.
Azərbaycan Premyer Liqası
27-ci tur
16 mart
"Səbail" - "Neftçi" 1:2
Qollar: Rüfət Abdullazadə, 43 - Filip Ozobiç, 17. Elvin Camalov, 29.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
"ASCO Arena", 16:00.