Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öldü bilib stadionda sükut elan etdilər - sağ imiş...

Öldü bilib stadionda sükut elan etdilər - sağ imiş...

Tarix: 18 Mart 2025 09:08

Bolqarıstan Liqası çərçivəsində keçirilən "Arda" - "Levski Sofiya" matçında keçmiş futbolçu Petko Gançev üçün 1 dəqiqəlik sükut elan edilib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, matçın fasiləsində isə Qançevin ölmədiyi və sağ olduğu məlum olub. 

Bundan sonra "Arda" klubu üzr mesajı yayımlayıb: "Məlumat yanlışdır. Qançev sağdır. Ona sağlam ömür arzulayırıq".

Qeyd edək ki, 79 yaşlı Qançev 5 il "Arda"da çıxış edib və 120-yə yaxın qola imza atıb. Keçmiş futbolçu yerli mətbuata müsahibəsində vəziyyətə münasibətindən danışıb:

"Evə gedəndə telefonuma tez-tez zəng gəldi. Amma mən maşın sürürdüm və telefonu götürməyə imkan etmədim. Evimizin qarşısında maşını saxladım. Arvadım məni göz yaşları içində qarşıladı, dedi ki, Petko, televizorda öldüyünü söylədilər.

Dostum, keçmiş mərkəz müdafiəçisi Stoyan İliyev də stadionda idi. Mənə qışqırdı: "Bilmirəm ağlayım, yoxsa gülüm". Mən də dedim, ağla və gül. Diri-diri basdırılmaq, əslində, böyük stress imiş".


Etiketlər:  Öldü bilib stadionda sükut elan etdilər sağ imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ