Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2025 10:30
Aşıq Zülfiyyə İbadovanın ikinci nəvəsi dünyaya gələcək.
Sonxeber.net xəbər verir ki, bu barədə "Qonaqcanlı" verilişində aparıcı Aytəkin Mərdanova bildirib. O qeyd edib ki, bir müddət əvvəl sənətçinin övladı Babək bu şad xəbəri onlara bölüşüb.
Proqramda qonaq olan Zülfiyyə İbadova isə bu xəbəri təsdiqləyib:
"Mən Babəkin kəndirində oynaya bilmirəm. Onun doğrusu ilə yanlışını tuta bilmirəm. Mənə də elə deyib. Nəvəm Renat da, mən də çox sevindik. Uşaq sevindiyindən məni qucaqlayıb öpdü".
Qeyd edək ki, Zülfiyyə İbadovanın Renat adlı bir nəvəsi var. /Axşam.az