Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik

Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik

Tarix: 21 Mart 2025 15:12

Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir.

Sonxeber.net xəbər verir ki, bu fikir Rusiya Prezidenti Vladimir Putinin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

Rusiya Prezidenti təbrik məktubunda deyib: "Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".


Etiketlər:  Putin Əminəm birgə səylərlə gələcəkdə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ