Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' geri qaytardığı futbolçu yayda yenidən gedəcək

''Qarabağ'' geri qaytardığı futbolçu yayda yenidən gedəcək

Tarix: 22 Mart 2025 11:24

Misli Premyer Liqasının lideri "Qarabağ"ın futbolçusu Şahruddin Məhəmmədəliyev yayda komandanı tərk edəcək.

Sonxeber.net bildirir ki, Offsideplus.az-ın etibarlı mənbədən aldığı məlumata görə, 30 yaşlı qapıçı əsas heyətdə yerini möhkəmlədə bilmədiyindən Ağdam klubunu tərk etmək planını qətiləşdirib.

O, yenidən Türkiyəyə üz tutmaq niyyətindədir. Bu məqsədlə futbolçunun meneceri mümkün variantları nəzərdən keçirir, milli komandamızın qapıçısına olan marağı öyrənməyə çalışır.

Xatırladaq ki, Şahruddin "Qarabağ"ın simvollarından biri kimi tanınır. O, 2016-2023-cü illərdə Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 142 oyun keçirib, 101 qol buraxıb. 2023-cü ildə Türkiyə Superliqasında yarışan "Adanadəmirspor"la müqavilə bağlayan qapıçı yeni komadasında mövsüm ərzində 25 matç keçirib. Məhəmmədəliyev ciddi maliyyə problemi yaşayan klubu ötən ilin yayında tərk edib.

O, hazırda "Qarabağ"da Mateuş Koxalski və Fabian Buntiçlə rəqabət aparır. Bu səbəbdən 2024/25 mövsümündə baş məşqçi Qurban Qurbanov tərəfindən cəmi 11 dəfə forma geyinmək şansı qazanıb. Buna baxmayaraq, məşqçilər korpusu və azarkeşlər həmişə öz üzərində səylə çalışan Şahruddini çox sevirlər.


Etiketlər:  Qarabağ geri qaytardığı futbolçu yayda yenidən gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ