Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2 komanda Azərbaycan çempionatından qovuldu

2 komanda Azərbaycan çempionatından qovuldu

Tarix: 22 Mart 2025 16:32

Ağcabədinin "Hindarx" klubunun 13 və 14 yaşlılardan ibarət komandaları Azərbaycan çempionatlarından uzaqlaşdırılıb.

Sonxeber.net xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında qəbul olunub.

"Hindarx"ın heyətində həm U-13 Liqasında, həm də U-14 Liqasında lisenziyası saxtalaşdırılmış futbolçular forma geyiniblər. Həmin futbolçuların çıxış etdikləri bütün oyunlarda Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni zamanda, komandaların 2024/2025 mövsümündə çıxışını davam etdirməsinə qadağa qoyulub.

Qeyd edək ki, bu gün Ağcabədi futbol nümayəndələrindən ikisi futbolla fəaliyyətdən kənarlaşdırılıb.


Etiketlər:  komanda Azərbaycan çempionatından qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ