Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2025 16:35
Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi Qabelavenin doğum gününü təbrik edib.
Lent.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Georgi, mənim sevgi dünyam, səni ad günün münasibətilə ürəkdən təbrik edirəm! Biz səni çox sevirik. Allaha şükür edirəm ki, həyatımda sən varsan", - müğənni paylaşımda yazıb.
Qeyd edək ki, cütlüyün Elizabet və David adlı qız və oğlan övladı var.