Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Ardanı ulduz futbolçu ilə dəyişir

''Real'' Ardanı ulduz futbolçu ilə dəyişir

Tarix: 15 Aprel 2025 19:52

"Real Madrid" "Liverpul"un futbolçusu Alexis Mac Allisteri transfer etmək istəyir.

Sonxeber.net xəbər verir ki, "Liverpul" istedadlı futbolçunu göndərməkdə maraqlı deyil. "Fichajes"də dərc edilən xəbərə görə, "Real" "Liverpul"u razı salmaq üçün Arda Güleri irəli sürə bilər. İddialara görə, klublar futbolçuları mübadilə edə bilər. 

Xəbərdə deyilir ki, "Liverpul" Allisterin istedadına etimad etdiyi üçün cəlbedici təklif olmadan onu buraxmaq istəmir. Bildirilir ki, Ardanın təklifə daxil ediləcəyi təqdirdə "Liverpul"un təklifə razılıq verə biləcəyi irəli sürülür. Xəbərdə "Real Madrid"in müqaviləni cəlbedici etmək üçün yüksək təklif irəli sürəcəyi qeyd edilir.

Qeyd edək ki, bundan əvvəl "Liverpul", "Mançester Yunayted", "Aston Villa", "Bavariya", "Real Sosyedad", "Ayntrakt Frankfurt", "Leyspiq", "Milan" və "İnter" kimi klubların Arda ilə maraqlandığı, lakin "Arsenal"ın təklifinin daha üstün olduğu barədə xəbərlər dərc edilmişdi./Metbuat.az


Etiketlər:  Real Ardanı ulduz futbolçu ilə dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ