Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə nə qədər qaynadılmış yumurta yeyə bilərsiniz? - Miqdarı açıqlandı

Gündə nə qədər qaynadılmış yumurta yeyə bilərsiniz? - Miqdarı açıqlandı

Tarix: 21 Aprel 2025 04:06

Bir çox insan yumurta yeməkdən çəkinir, çünki onlar qanda xolesterinin səviyyəsini yüksəltdiyinə inanırlar.

Sonxeber.net xəbər verir ki, ancaq "EuroOnco" klinikasının qastroenteroloqu Vladimir Loginovun izah etdiyi kimi, orta miqdarda bu məhsul sağlamlığa zərər vermir. Onun sözlərinə görə, araşdırmalar sübut edib ki, sağlam insanlarda gündəlik yumurta istehlakı ürək-damar xəstəliklərinə səbəb olmur və qanda "pis" xolesterinin səviyyəsini artırmır.

Sağlam insanlar gündə 1-3 aralığında yumurta yeyə bilər. 

Qanda xolesterinin səviyyəsi artıq yüksəlibsə və ya bir şəxsə şəkərli diabet diaqnozu qoyulubsa, Loginov gündə birdən çox yumurta yeməyi və ya sarısını çıxarmağı məsləhət görür. İdmançılara və aktiv həyat tərzi keçirən insanlara hər gün üç-dörd yumurta yemək tövsiyə olunur.

Həkim onu ​​da vurğulayıb ki, yumurtanın tərkibində yüksək keyfiyyətli zülal, A, D, E, B12 vitaminləri, dəmir, selen, xolin, həmçinin göz sağlamlığı üçün zəruri olan lutein və zeaksantin var./E-saglam.az 


Etiketlər:  Gündə qədər qaynadılmış yumurta yeyə bilərsiniz Miqdarı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ